iPhone istifadəçiləri Windows 11 vasitəsilə iMessage-də mesajlar göndərə biləcəklər

iPhone istifadəçiləri Windows 11 vasitəsilə iMessage-də mesajlar göndərə biləcəklər

Əməliyyat sistemləri
02.03.2023 PAYLAŞIM

    Microsoft şirkəti Windows 11 əməliyyat sistemində olan Phone Link adlı tətbiqi yeniləyib. Bundan sonra iPhone istifadəçiləri Windows 11 üzərindən iMessage vasitəsilə mesajlar göndərə biləcəklər. Bu prosesi reallaşdırmaq üçün iPhone istifadəçisi öz smartfonunu Bluetooth vasitəsilə Windows 11 əməliyyat sistemli kompüterə qoşmalıdır. Bluetooth vasitəsilə qoşulandan və cihazlar arasında məlumatlar sinxronlaşdırılandan sonra istifadəçi Phone Link tətbiqi vasitəsilə iMessage üzərindən mesajlar göndərə bilər.


    Bundan əlavə olaraq istifadəçi təkcə mesajlar deyil, həmçinin audio zəngləri qəbul və reallaşdıra, o cümlədən bildirişlərə birbaşa kompüterdə baxa bilər. Lakin bununla belə Phone Link-in bəzi məhdudiyyətləri də var. Belə ki, iPhone kompüterə Bluetooth vasitəsilə qoşulduğu üçün istifadəçi Phone Link vasitəsilə iMessage-dəki qrup çatlarına media fayllar göndərə bilməz. Kompüterdə iMessage çatları bir qədər sadələşdirilmiş versiyada əks olunurlar. Qeyd etmək lazımdır ki, Phone Link hal hazırda test mərhələsindədir və o, Windows Insider proqramının iştirakçıları üçün istifadəyə verilib. Onun Windows 11-in stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsayderlər: 'Xiaomi MIOS adlı yeni əməliyyat sistemi üzərində çalışır'..

İnsayderlər Xiaomi smartfonları üçün nəzərdə tutulmuş MIOS adlı yeni əməliyyat sisteminin screenshot..


Windows 11 üçün istifadəyə verilmiş yenilənmə SSD-lərin sürətlərini aşağı salır..

Windows 11 üçün istifadəyə verilən demək olar hər bir yenilənmə sistemin çalışmasında müəyyən proble..


Android 14 əsaslı OneUI 6-nı əldə etməyəcək Samsung smartfonlarının siyahısı təq..

İnsayderlər Samsung şirkətinin öz cihazlarındakı proqram təminatı yenilənməsi üzrə siyasətinə əsasla..


Xiaomi-nin 2020-ci ildə satışa çıxmış bəzi smartfonları MIUI 14-ü əldə edəcəklər..

Xiaomi 2020-ci ildə satışa çıxmış smartfonları üçün yaxın zamanda MIUI 14 istifadəçi interfeysini tə..


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının sahib olacağı əməliyyat..

Son məlumatlara əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu il..


Redmi Note 10 üçün qlobal bazarda MIUI 14 istifadəyə verilib

Dünən xəbər verildi ki, Redmi Note 10S smartfonu qlobal bazarda MIUI 14 istifadəçi interfeysini əldə..

×