iPhone istifadəçilərinin 88%-i tətbiqlərin konfidensial məlumatları yığmalarını qadağan edib

iPhone istifadəçilərinin 88%-i tətbiqlərin konfidensial məlumatları yığmalarını qadağan edib

Əməliyyat sistemləri
11.05.2021 PAYLAŞIM

    Aparılmış yeni analitika onu göstərib ki, iOS 14.5-in istifadəyə verilməsindən sonra amerikalı istifadəçilərin 96%-i əməliyyat sisteminin yeni özəlliyindən istifadə edib. Söhbət, tətbiqlərin konfidensial məlumatları yığmalarına qadağanın qoyulması funksiyasından gedir. Tədqiqatçılar hesab edirdilər ki, iOS 14.5-in bu yeni funksiyasından istifadə edəcək istifadəçilərin sayı daha aşağı olacaq. Bu yeni hesabatı Verizon-a məxsus olan Flurry Analytics şirkəti təqdim edib. Şirkət bildirib ki, o, yeni hesabatı 1 milyon mobil tətbiqin analizi nəticəsində tərtib edib.

    1 milyon mobil tətbiqin analizi nəticəsində əldə olunmuş məlumatlara əsaslanaraq şirkət bildirib ki, amerikalı istifadəçilər tətbiqlərin konfidensial məlumatları yığmalarına yalnız 4% ehtimalda razı olurlar. Qlobal göstərici isə 12% təşkil edir. Buna baxmayaraq bu yenə də analitiklərin ilkin proqnozlarından çox aşağıdır. Analitiklər aşkar ediblər ki, iOS 14.5-in istifadəyə verilməsindən öncə aparılmış sorğular nəticəsində əldə olunmuş proqnozlar ilə müqayisədə istifadəçilər konfidensial məlumatların yığılmasına daha böyük həvəslə qadağa qoyurlar. Keçən ayın sonunda Apple şirkəti iOS 14.5 əməliyyat sistemini istifadəyə vermişdi.


    Sözügedən iOS versiyasında şirkət tətbiqlərin konfidensial məlumatları yığmalarının deaktiv edilməsi funksiyasını reallaşdırıb. Beləliklə bundan sonra iPhone, iPad Apple TV üçün olan tətbiqlər konfidensial məlumatları yığmaq istədikdə ilk öncə istifadəçilərdən icazə almalıdırlar. Apple şirkətinin bu cür qərarı bir sıra şirkət tərəfindən mənfi qarşılandı. Onların arasında Facebook da var. Belə ki, Facebook-un əsas gəlir mənbələrindən biri də istifadəçi məlumatlarıdır. Sosial şəbəkə reklam targetinqi üçün məhz bu məlumatlardan istifadə edir. Facebook-un sözlərinə əsasən Apple şirkətinin bu qərarı Facebook-a mənfi təsir göstərməklə yanaşı bütün dünya üzrə kiçik biznesə də böyük zərbə vuracaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×