
İstifadəçilər iOS 15-də artıq ilk sistem xətası ilə qarşılaşıblar
Əməliyyat sistemləri
24.09.2021
Emil
Öz iPhone və iPad modellərinə yeni iOS 15 və iPadOS 15 əməliyyat sistemlərini quraşdırmış istifadəçilər eyni problem ilə qarşılaşıblar. Belə ki, əməliyyat sisteminin yenilənmiş olduğu cihazlarda daxili yaddaş həcminin bitməsi barəsində bildiriş əks olunub. Lakin ayarlardan “iPhone Storage” bölməsinə daxil olan zaman istifadəçi öz cihazının daxili yaddaşında 10-15 GB boş yerin qaldığını görür. Buna baxmayaraq daxili yaddaşda boş yerin qalmadığı bildirişi olduğu kimi qalır və onu aradan qaldırmaq mümkün deyil.

Bundan əlavə olaraq bəzi istifadəçilər bildiriblər ki, sistem bəzi hallarda daxili yaddaşda mövcud boş yerdən daha çoxunu əks etdirir. İstifadəçilər güman edirlər ki, yeni əməliyyat sistemi smartfonun daxili yaddaş həcminin real vəziyyətni təyin etməyi bacarmır. Apple şirkətinin dəstək xidmətində qeyd ediblər ki, smartfon ayarlarının sıfırlanması üsulu bu problemi aradan qaldırır. Lakin bəzi istifadəçilərin sözlərinə əsasən bu üsul da vəziyyəti dəyişmir. Bu vəziyyətdə istifadəçilərin iOS 15.1-i gözləməli olduqları və ya bu problemi tez bir zamanda aradan qaldırmaq üçün Apple şirkətinin iOS 15.0.1-i istifadəyə verəcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
