main-post-cover

    MIUI 13 istifadəçi interfeysinin nə zaman istifadəyə veriləcəyi barəsində rəsmi məlumat verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    04.11.2021
    Emil Nəcəfov
        Xiaomi şirkətinin CEO-su Lei Jun MIUI 13 istifadəçi interfeysinin nə zaman istifadəyə veriləcəyi barəsində rəsmi məlumat verib. Qeyd etmək lazımdır ki, bir çoxları MIUI 13-ün hələ keçən il istifadəyə veriləcəyini gözləyirdilər. Lakin keçən ilin dekabr ayında şirkət Xiaomi Mi 11 flaqman smartfonu ilə birlikdə MIUI 12.5-i təqdim etmişdi. Daha sonra isə məlumat ortaya çıxmışdı ki, MIUI 13 bu ilin yay fəslində istifadəyə veriləcək. Lakin Xiaomi həmin məlumatları təkzib etmişdi. İnsayderlər isə məlumat yaymışdılar ki, MIUI 13 istifadəçi interfeysi Mi Mix 4 ilə birlikdə avqust ayında təqdim olunacaq. Nəticədə şirkət MIUI 13-ün yerinə MIUI 12.5 Enhanced-i təqdim etdi və bir neçə gündən sonra bildirdi ki, MIUI 13 yaxın aylarda istifadəyə veriləcək.
        Beləliklə həmin bəyanatdan bir neçə ay sonra Xiaomi rəsmi şəkildə bildirib ki, MIUI 13 bu il istifadəyə veriləcək. Yeni istifadəçi interfeysi ilin sonuna kimi istifadəyə verilməlidir. MIUI 13 öz növbəsində istifadəçilərə yeni funksiyalar ilə qrafik interfeysi təqdim eməlidir. İstifadəçi interfeysində reallaşdırılacaq əsas özəlliklərdən biri isə RAM yaddaşının virtual şəkildə arıtırılması imkanı olacaq. Bundan əlavə olaraq MIUI 13-də iOS tərz vidjetlər istifadəyə veriləcək. MIUI 13 Android 12 əsasında hazırlanır. Lakin buna baxmayaraq nisbətən köhnə smartfonlar istifadəçi interfeysini Android 11 ilə birlikdə əldə edəcəklər. Ənənəvi olaraq yeni istifadəçi interfeysi ilk növbədə Çində və daha sonra qlobalda istifadəyə veriləcək.
    Linki kopyala