Logo
    main-post-cover

    MIUI 14-ün screenshot fotoları ortaya çıxıb

    Əməliyyat sistemləri
    26.07.2022
    Emil
        Xiaomi, RedmiPOCO smartfonları üçün nəzərdə tutulmuş MIUI 14 istifadəçi interfeysinin screenshot fotoları internetdə ortaya çıxıb. Məlumata əsasən MIUI 14 yeni funksiyalara sahib yenilənmiş Gallery tətbiqini əldə edəcək. Gallery-nin yeni özəlliklərindən biri də fotolardakı mətnləri kopyalamaq imkanı olacaq. MIUI 14-ün digər yenilikləri arasında Bluetooth LE Audio dəstəyi və dələduzlardan qorunmaq üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş funksiya olacaq. Sözügedən funksiya öz növbəsində istifadəçiyə şübhəli zənglər, mesajlar və tətbiqlər barəsində xəbərdarlıq göndərəcək. Bundan əlavə olaraq MIUI 14-də bildirişlər paneli yenidən emal olunacaq və saat tətbiqinin xarici görünüşü dəyişəcək. MIUI 14-ün bu ilin sonuna kimi istifadəyə veriləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər