
MIUI 15-in əldə edəcəyi iki funksiya məlum olub
Əməliyyat sistemləri
21.07.2023
Emil
Xiaomi şirkəti aktiv şəkildə MIUI 15 istifadəçi interfeysi üzərində çalışmağa davam edir. İndi isə bu yeni istifadəçi interfeysində istifadəyə veriləcək iki yeni funksiya barəsində məlumat verilib. Məlumata əsasən MIUI 15 təkcə mətnlərin dəstəyinə deyil, həmçinin fotolara sahib faylların dəstəyinə də sahib yenilənmiş mübadilə buferini əldə edəcək. İkinci yenilik isə yeni səslənmə gücü olacaq. Belə ki, istifadəçi sürətli ayarlardakı düymə vasitəsilə smartfonun səsini 200%-ə yüksəldə biləcək. Bu funksiyaların MIUI 15-in istifadəyə verildiyi zaman aktiv olub-olmayacağı bilinmir. Ola bilər ki, onlar istifadəçi interfeysinə daha sonradan əlavə edilsin. Gözləntilərə əsasən MIUI 15 bu ilin sonuna kimi təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər