
MacOS Sonoma əməliyyat sisteminin stabil versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
Proqram Təminatı
27.09.2023
Emil Nəcəfov
4 ay ərzində olmuş test mərhələsindən sonra Apple şirkəti macOS Sonoma əməliyyat sisteminin stabil versiyasını istifadəyə verib. MacOS Sonoma-da reallaşdırılmış əsas yeniliklərdən biri də vidjetlərlə bağlıdır. Bundan sonra istifadəçilər vidjetləri əməliyyat sisteminin iş masasına əlavə edə biləcəklər. Aktiv olan pəncərələr zamanı vidjetlərin istifadəçinin diqqətini yayındırmamaları üçün onlar şəffaf olacaqlar və iş masasına quraşdırılmış divar kağızının rəngindən asılı olaraq öz rənglərini dəyişəcəklər. Bundan əlavə olaraq istifadəçilər iPhone cihazlarındakı vidjetləri də macOS Sonoma-ya köçürə biləcəklər. Lakin bunun üçün cihazların bir Wi-Fi şəbəkəsinə qoşulu olmaları lazım gələcək. MacOS Sonoma-nın həcmi 7 GB-a yaxındır və o artıq tədricən istifadəçilər arasında istifadəyə verilir.
Linki kopyala
Həftənin xəbərləri

