
MacOS Sonoma-nın ilk ictimai beta versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
13.07.2023
Emil
Apple şirkəti Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS Sonoma adlı yeni əməliyyat sisteminin ilk ictimai beta versiyasını istifadəyə verib. Apple şirkətinin beta test proqramında qeydiyyatdan keçmiş istifadəçilər Mac kompüterlərinin sistemlərindəki System Preferences bölməsində olan Software Update vasitəsilə macOS Sonoma-nın ilk ictimai beta versiyasını yükləyə bilərlər. Qeyd etmək lazımdır ki, macOS Sonoma-da reallaşdırılmış əsas yeniliklərdən biri də vidjetlər ilə bağlıdır. Bundan sonra istifadəçilər onları əsas ekrana əlavə edə biləcəklər. Bununla yanaşı iPhone-dakı vidjetlərin də macOS Sonoma-ya köçürülməsi imkanı reallaşdırılıb.
Paylaş
Bənzər xəbərlər