
Microsoft Android 13 dəstəyini Windows 11-ə inteqrasiya edəcək
Əməliyyat sistemləri
23.10.2022
Emil
Keçən həftə Microsoft şirkəti Windows 11-dəki Windows Subsystem for Android (WSA) altsistemi üçün yenilənmə təqdim etdi. Yenilənmənin təqdim olunmasından sonra məlum oldu ki, Microsoft Windows 11-də WSA altsistemini Android 13-ün əsasına keçirtmək üzərində çalışır. Android 13 istifadəçilərə dəyişilmiş istifadəçi interfeysini və bir sıra digər yeni funksiyanı təqdim edir. Windows 11-də WSA-nın Android 13 əsasına keçidindən sonra Windows istifadəçilərinə hansı funksiyaların təqdim ediləcəyi barəsində hal hazırda heç bir məlumat yoxdur. Ola bilsin ki, istifadəçilərə WSA ilə Windows 11 arasında faylların ötürülməsi imkanı istifadəyə verilsin. Bundan əlavə olaraq picture-in-picture rejiminin istifadəyə verilməsi gözlənilir. Bu halda bu və ya digər Windows tətbiqini istifadə edən zaman əlavə pəncərədə hansısa Android tətbiqini işə salmaq mümkün olacaq. Bundan əlavə olaraq lokal şəbəkəyə WSA üzərindən daxil olmaq imkanının reallaşdırılacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər