Microsoft şirkəti Windows 10-nun əldə edəcəyi yeni funksiyalardan danışıb

Microsoft şirkəti Windows 10-nun əldə edəcəyi yeni funksiyalardan danışıb

Əməliyyat sistemləri
04.09.2020 PAYLAŞIM

    Microsoft şirkəti öz bloqunda Windows 10-dakı funksiyaları əhatə edəcək dəyişikliklərdən danışıb. Əlavə ediləcək dəyişikliklər istifadəçinin əməliyyat sistemi ilə qarşılıqlı əlaqəsini sadələşdirmək və sosial şəbəkələr ilə müxtəlif messencerlərdən istifadə edənlər üçün nəzərdə tutulub. Bu barədə Engadget saytı xəbər verib. Beləliklə Windows 10-nun 2020 nömrəli versiyasında Tenor servisinin məlumatlar bazasından olan mətnlərdə sürətli düymələr vasitəsilə GIF animasiyaların yerləşdirilməsi imkanı reallaşdırılacaq. Lazımi GIF animasiyanı isə açar söz və ya hashtag vasitəsilə tapmaq mümkün olacaq.

    Bununla yanaşı Microsoft şirkəti mətnin səs vasitəsilə daxil edilməsi funksiyasının server tərəfini təkmilləşdirəcək. Şirkət əsasən səsin daha yaxşı təyin olunmasını, nitqin mətn formatına keçirilməsinin sürətinin artırılmasını, nitqin mətn formatına keçirilməsini dayandırmaq və ya ləğv etmək üçün səsli əmrləri və səsli əmrlər vasitəsilə müəyyən sözləri seçməyi və ya silməyi reallaşdıracaq. Funksiyanı Win + H kombinasiyası vasitəsilə işə salmaq mümkün olacaq. Sözügedən funksiyaları özündə birləşdirəcək Windows 10 yenilənməsinin nə zaman təqdim olunacağı barəsində məlumat daha sonra veriləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×