main-post-cover

    Microsoft, Windows 10-dakı cansıxıcı problemi həll edə bilmədiyini qəbul edib!

    Əməliyyat sistemləri
    03.05.2024
    Aslan Aslanov

         Microsoft həftələr əvvəl buraxılmış Windows 10 KB5034441 yeniləməsindəki problemləri həll edə bilməyəcəyini təsdiqləyib. İstifadəçilər “0x80070643 - ERROR_INSTALL_FAILURE” problemini özləri həll etməli olacaqlar.

         Microsoft, yanvar ayında Windows 10 və 11 üçün buraxılmış KB5034441 yeniləməsində fırıldaqaçılara WinRE (Windows Bərpa Mühiti) istifadə edərək BitLocker şifrələməsindən yan keçməyə imkan verə biləcək mühüm zəifliyi düzəltdi. Lakin maraqlısı odur ki, bu yeniləməni quraşdırmağa çalışan Windows 10 istifadəçiləri həftələrdir ki, "0x80070643 - ERROR_INSTALL_FAILURE" xətası ilə qarşılaşırlar. Bu problemə əsaslanaraq, Microsoft,  yeniləmə buraxmaqla səhvi düzəldə bilməyəcəyini sakit bir şəkildə təsdiq edib.
         Müvafiq Windows 10 KB5034441 yeniləməsini quraşdırarkən rast gəlinən xəta mesajı əslində bərpa bölməsində kifayət qədər yer olmaması ilə əlaqədardır. Bu yeniləmənin uğurla quraşdırılması üçün bərpa bölməsində 250 MB boş yer tələb olunur. Əgər boş yer yoxdursa, yeniləmə uğursuz olacaq. Microsoft şirkəti, gələcək Windows yeniləməsində bu məkanı avtomatik olaraq yaratmayacağını bildirir. Digər tərəfdən, şirkət istifadəçilərdən problemi manual şəkildə həll etmələrini istəyir. Bu manual həll yolu isə "Command Prompt" vasitəsilə həyata keçiriləcək. Bura toxunaraq problemi necə həll edə biləcəyinizi öyrənə bilərsiniz.
         Digər tərəfdən, eyni yeniləmə KB5034440 kodlu versiya ilə Windows 11-ə də gəldi. Windows 11 istifadəçiləri də eyni “0x80070643 - ERROR_INSTALL_FAILURE” xətası ilə qarşılaşırlar. Microsoft-un manual həlli Windows 11 istifadəçiləri üçün də tətbiq oluna bilər. Bununla belə, şirkət Windows 11-də yenilənmə ilə problemi həll edib-etməyəcəyi barədə heç nə deməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb
    microsoft-un-suni-zeka-sahesinde-google-sirketini-geride-qoymaq-seyleri-baresinde-kecmis-mektublar-ortaya-cixib
    Windows 11-in bazar payı ikinci aydır ki, aşağı düşür
    windows-11-in-bazar-payi-ikinci-aydir-ki-asagi-dusur
    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    Bill Gates, Microsoft-u şirkətdə vəzifəsi olmadan idarə edirmiş!
    bill-gates-microsoft-u-sirketde-vezifesi-olmadan-idare-edirmis
    Windows 11 faylların arxivləşdirilməsi funksiyasını əldə edəcək
    windows-11-fayllarin-arxivlesdirilmesi-funksiyasini-elde-edecek