main-post-cover

    Microsoft Windows 11 21H2-nin dəstəyinin dayandırılacağını elan edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.07.2023
    Farid Pardashunas
        Microsoft elan edib ki, Windows 11-in 21H2 nömrəli bir neçə versiyasının dəstəyi 3 aydan sonra dayandırılacaq. Söhbət, Windows 11-in 2021-ci ilin oktyabrında istifadəyə verilmiş orijinal versiyasından gedir. Bu versiyanın dəstəyinin dayandırılması o deməkdir ki, Windows 11 21H2 daha təhlükəsizlik yenilənmələrini və yeni funksiyaları əldə etməyəcək. Əməliyyat sisteminin bu versiyasının dəstəyi 10 oktyabr tarixində dayandırılacaq. Dəstəkləri dayandırılacaq 21H2 nömrəli Windows 11 versiyaları aşağıdakılar olacaq:
    - 21H2 nömrəli Windows 11 Home
    - 21H2 nömrəli Windows 11 Pro
    - İş stansiyaları üçün nəzərdə tutulmuş 21H2 nömrəli Windows 11 Pro
    - Təhsil müəssisələri üçün nəzərdə tutulmuş 21H2 nömrəli Windows 11 Pro.
        Qeyd etmək lazımdır ki, Windows 11-in 22H2 nömrəli versiyası keçən ilin oktyabr ayında istifadəyə verilmişdi. O, Windows 11-in ən yeni versiyası hesab edilir. Şirkət Windows 21H2 vasitəsilə çalışan sistemləri artıq avtomatik şəkildə Windows 22H2-yə kimi yeniləməyə başlayıb. Bu ilin əvvəlində Microsoft həmçinin Windows 10 21H2-nin dəstəyini də dayandırmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər