main-post-cover

    Microsoft Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdı

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    31.10.2023
    Emil Nəcəfov
         Microsoft şirkəti Windows CE əməliyyat sisteminin dəstəyini dayandırdığını elan edib. Qeyd etmək lazımdır ki, sözügedən əməliyyat sistemi həmçinin Windows Embedded Compact adı ilə də tanınır. Vaxtı ikən bu əməliyyat sistemi vasitəsilə 2000-ci illərin ən məşhur fərdi cib kompüterləri çalışırdılar. Daha sonra isə o, Windows Phone-nun əsasını təşkil etdi. Windows CE indiki gündə də bəzi terminallarda və müxtəlif IoT (Internet of Things) cihazlarda istifadə edilir. Bu əməliyyat sistemi 1996-cı ildə cib komptüeləri üçün nəzərdə tutulmuş əməliyyat sistemi kimi istifadəyə verilmişdi.
         İstifadəyə verilməsindən 9 il sonra bütün fərdi cib kompüterlərinin yarısı bu əməliyyat sistemi vasitəsilə çalışırdı. Lakin Symbian-ın və digər mobil əməliyyat sistemlərinin inkişaf etmələri səbəbilə Windows CE-nin məşhurluğu aşağı düşməyə başladı. 2008-ci ildə o, Windows Embedded Compact adını əldə etdi və daha sonra 2010-cu ildə istifadəyə verilmiş Windows Phone 7-nin təməlində dayandı. Əməliyyat sistemi Windows CE 8.0 adlı sonuncu yenilənməni 2013-cü ildə əldə etmişdi. Əməliyyat sisteminin baza dəstəyi 2018-ci ildə, genişləndirilmiş dəstəyi isə bu ayın sonunda yekunlaşdı. Bununla belə Windows Embedded Compact üçün lisenziyanı 2028-ci ilə kimi almaq mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Windows Phone-nun uğursuzluğunun əsas səbəbi açıqlanıb
    windows-phone-nun-ugursuzlugunun-esas-sebebi-aciqlanib
    Windows 12 ənənəvi Start düyməsindən məhrum ola bilər
    windows-12-enenevi-start-duymesinden-mehrum-ola-biler
    Microsoft məlumatları minilliklər ərzində saxlaya biləcək yeni yaddaş texnologiyasını hazırlayır (VİDEO)
    microsoft-melumatlari-minillikler-erzinde-saxlaya-bilecek-yeni-yaddas-texnologiyasini-hazirlayir-video
    Windows 11-in məşhurluq səviyyəsi Micreosoft-u sözün yaxşı mənasında təəccübləndirib
    windows-11-in-meshurluq-seviyyesi-micreosoft-u-sozun-yaxsi-menasinda-teeccublendirib