Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

Əməliyyat sistemləri
11.06.2021 PAYLAŞIM

    24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkəti maraqlı video təqdim edib. Təqdim olunmuş video ona görə maraqlıdır ki, o, yeni Windows-un adına birbaşa işarə edir. Meditativ video əvvəlki Windows versiyalarının işə salınma səslərinin yavaşladılmış versiyalarını özündə birləşdirir. Maraqlısı ondadır ki, sözügedən videonun xronometrajı 11 dəqiqə təşkil edir. Bu isə öz növbəsində yeni Windows versiyasının adına işarə edir.


    Bundan ələavə olaraq 24 iyun tarixində keçiriləcək təqdimat tədbiri Şərqi Avropa saatı üzrə saat 11:00-da baş tutacaq. Təqdimat tədbirinə dəvət loqosunda əks olunmuş standart Windows pəncərəsi 11 ədədi kimi kölgəni əks etdirir. İnsayderlər bir neçə gün bundan öncə məlumat vermişdilər ki, 24 iyun tarixində Microsoft həqiqətən də Windows 11 əməliyyat sistemini təqdim edəcək. Məlumata əsasən Sun Valley kod adına sahib yeni əməliyyat sistemi yeni istifadəçi interfeysi dizaynını və Android tətbiqlərin işə salınması imkanını əldə edəcək. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti iOS-dəki 'Find My' funksiyasının analoqunu hazırlayır

Apple şirkəti özünün "Find My" funksiyası vasitəsilə istifadəçilərə itirilmiş və ya oğurla..


Microsoft Windows 11-in sadələşdirilmiş versiyasını təqdim edə bilər

Dünən Windows 11-in interfeys fotoları ilə test videosu ortaya çıxmışdı.


Windows 11-in interfeys fotoları ilə test videosu ortaya çıxıb (VİDEO)

24 iyun tarixində Microsoft şirkəti yeni Windows versiyasının təqdimatını keçirdəcək. Söhbət, Window..


Microsoft-un Windows 10 dəstəyini nə zaman dayandıracağı məlum olub

Microsoft şirkəti aktual olan Windows 10-un dəstəklənmə müddətini yeniləyib.


Apple şirkəti köhnə iPhone modellərini iOS 15-in eksklüziv funksiyalarından məhr..

iOS 15 əməliyyat sisteminin iPhone 6s modeli üçün də təqdim olunacağına baxmayaraq onun bir çox funk..

×