main-post-cover

    İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    10.06.2021
    Emil Nəcəfov
        24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək. Bir çox məlumatlara əsasən həmin təqdimat tədbiri çərçivəsində şirkət Windows 11 əməliyyat sistemini təqdim edəcək. İndi isə insayderlər yeni əməliyyat sisteminin genişləndiriləcək imkanlarından xəbər veriblər. Verilmiş yeni məlumatda qeyd edilib ki, Windows 11-in daxilində fərdi Android emulyatoru olacaq. Məlumatı vermiş şəxslər bildiriblər ki, Microsoft özü buna işarə edib. Sözügedən yeni funksiya barəsində məlumat Windows-un Linux tətbiqlərini işə salmaq üçün nəzərdə tutulmuş alt sisteminin son versiyasında aşkar edilib. Belə ki, həvəskar şəxslər sistemin koduna olmuş rəylərdə iki dəfə Android sözünə rast gəliblər. Windows-un Linux üçün olan alt sistemi tərtibatçılar üçün nəzərdə tutulub.
        Lakin insayderlərin fikirlərinə əsasən Microsoft mobil əməliyyat sistemi ilə yaxşı inteqrasiya və bəzi Android tətbiqlərin Microsoft Store mağazasına əlavəsi üçün Android emulyatoru Windows-a inteqrasiya edə bilər. Qeyd etmək lazımdır ki, Latte kod adına sahib bu cür layihə barəsində məlumatlar daha öncə də ortaya çıxmışdı. Hələ bir neçə müddət bundan öncə Windows-un yeni versiyasını anons edən zaman Microsoft-un CEO-su Satya Nadella bildirmişdi ki, şirkət son 10 ilin ən vacib və böyük Windows yenilənməsini təqdim etməyə hazırlaşır. Bundan əlavə olaraq o qeyd etmişdi ki, şirkət tətbiqlərin yayılması və monetizasiyası üçün açıq platforma axtarışında olan istənilən tərtibatçını dəstəkləməyə hazırdır. Microsoft-un Windows ilə bağlı dəqiq planları 24 iyun tarixində baş tutacaq təqdimat zamanı bilinəcək. 
    Linki kopyala