Logo
    main-post-cover

    Nothing Phone (1)-in Android 14 əsaslı NothingOS 2-ni nə zaman əldə edəcəyi məlum olub

        Nothing şirkəti hal hazırda yeni Nothing Phone (2) smartfonu ilə yanaşı həmçinin NothingOS 2.0 istifadəçi interfeysinin də təqdimatına hazırlaşır. Çox güman ki, yeni istifadəçi interfeysi Nothing Phone (2) ilə bir yerdə təqdim ediləcək. Hələ bir neçə müddət bundan öncə Nothing Phone (1) istifadəçilərinin NothingOS 2.0 istifadəçi interfeysini əldə edib-etməyəcəkləri sualı ortaya çıxmışdı.
        Nothing şirkətinin CEO-su Carl Pei isə bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə əsasən Nothing Phone (1) istifadəçiləri yeni istifadəçi interfeysini əldə edəcəklər. Nothing Phone (1) üçün NothingOS 2.0 bu ilin avqust ayında istifadəyə veriləcək. Təəssüflər olsun ki, Carl Pei yeni istifadəçi interfeysi barəsində ətraflı bir məlumat verməyib. Sadəcə olaraq məlumdur ki, NothingOS 2.0 Android 14 əsasında hazırlanıb. Nothing Phone (2) 11 iyul tarixində təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər