
Nothing Phone (1) üçün Android 13-ün qapalı beta testinə start verilib
Əməliyyat sistemləri
30.11.2022
Emil
Nothing şirkətinin təsisçisi və CEO-su olan Carl Pei Nothing Phone (1) smartfonu üçün Android 13 əməliyyat sisteminin testini anons edib. Lakin söhbət, hələ ki, qapalı beta testdən gedir. Yəni Android 13-ü məhdud sayda Nothing Phone (1) istifadəçisi test edə biləcək. Əməliyyat sisteminin açıq beta testinə isə 2 həftədən sonra start verilməsi planlaşdırılır. Təəssüflər olsun ki, Nothing Phone (1)-in Android 13 vasitəsilə hansı özəllikləri əldə edəcəyi bilinmir. Güman etmək olar ki, Nothing Phone (1)-ə Android 13-ün bütün əsas özəllikləri inteqrasiya edilib.
Paylaş
Bənzər xəbərlər