Logo
    main-post-cover

    Samsung Galaxy A22 5G üçün OneUI 5,1 Core istifadəçi interfeysi istifadəyə verilib

        Samsung şirkəti öz smartfonlarında OneUI 5.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə istifadəçi interfeysi Galaxy A seriyasının daha bir smartfonu üçün istifadəyə verilib. Söhbət, Galaxy A22 5G-dən gedir. Sözügedən smartfon üçün OneUI 5.1-in Core versiyası istifadəyə verilib. Core versiya isə OneUI-nin bir qədər sadələşdirilmiş versiyasıdır. Proqram təminatı yenilənməsi A226BXXU5DWC1 nömrəsi altında təqdim edilib və onu Galaxy A22 5G-nin ilk növbədə Avropanın şimal ölkələrinin istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda OneUI 5.1 Core istifadəçi interfeysi smartfonun bütün ölkələrdəki istifadəçiləri üçün aktiv olacaq.
    Paylaş
    Bənzər xəbərlər