
Samsung şirkəti öz smartfonlarında Android 13-ün stabil versiyasını istifadəyə verməyə davam edir. Bu dəfə əməliyyat sistemi yenilənməsini Galaxy A23 və Galaxy A23 5G smartfonları əldə ediblər. Sözügedən smartfonların bəzi Avropa ölkələrindəki istifadəçiləri əməliyyat sistemi yenilənməsini artıq əldə etməyə başlayıblar. Yaxın zamanda isə Android 13 sözügedən smartfonların bütün regionlardakı istifadəçiləri üçün istifadəyə veriləcək. Galaxy A23 və Galaxy A23 5G smartfonları Android 13 ilə yanaşı həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin aktual təhlükəsizlik yenilənməsini əldə ediblər.
Şərh yoxdur