
Samsung Galaxy A33 5G ilə A53 5G üçün OneUI-nin yeni versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
21.02.2023
Emil
Samsung şirkəti qrafik üzrə yeni OneUI 5.1 istifadəçi interfeysini öz smartfonlarında istifadəyə verməyə davam edir. Bu dəfə yeni istifadəçi interfeysini şirkətin Galaxy A seriyasına daxil olan smartfonları əldə etməyə başlayıblar. Belə ki, OneUI 5.1 Galaxy A33 5G və A53 5G modelləri üçün istifadəyə verilib. Məlumata əsasən yeni istifadəçi interfeysi bu smartfonların hələ ki, yalnız Cənubi Koreyadakı istifadəçiləri üçün aktivləşdirilib. Lakin yaxın zamanda Galaxy A33 5G ilə A53 5G-nin digər ölkələrdəki istifadəçiləri də OneUI 5.1-i əldə edəcəklər. Sözügedən smartfonlar OneUI 5.1 ilə yanaşı həmçinin Google şirkətinin bu aykı təhlükəsizlik yenilənməsini də əldə ediblər. Qeyd etmək lazımdır ki, OneUI 5.1 istifadəçi interfeysi Android 13 əsasında hazırlanıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
