
Samsung Galaxy A51 4G üçün OneUI 5,1 istifadəyə verilib
Əməliyyat sistemləri
05.04.2023
Emil
Keçən ayın əvvəlində Samsung şirkəti Galaxy A51 5G smartfonunda OneUI 5.1 istifadəçi interfeysini istifadəyə vermişdi. İndi isə şirkət istifadəçi interfeysini Galaxy A51-in 4G versiyası üçün istifadəyə verməyə başlayıb. Məlumata əsasən Galaxy A51 4G üçün OneUI 5.1 yenilənməsi A515FXXU6HWC7 nömrəsi altında təqdim edilib. Onun həcmi 1.2 GB təşkil edir və o, ilk növbədə Galaxy A51 4G-nin Polşadakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın günlərdə proqram təminatı yenilənməsi sözügedən smartfonun digər regionlardakı istifadəçiləri üçün də təqdim ediləcək. Galaxy A51 4G OneUI 5.1 ilə yanaşı həmçinin Google şirkətinin keçən aykı təhlükəsizlik yenilənməsini də əldə edib.
Paylaş
Bənzər xəbərlər