Logo
    main-post-cover

    Samsung Galaxy F52 5G üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

    Əməliyyat sistemləri
    01.12.2022
    Emil
        Galaxy F42 5G-nin ardınca Samsung şirkəti Galaxy F seriyasının daha bir smartfonu üçün də Android 13-ün stabil versiyasını istifadəyə verib. Söhbət, Galaxy F52 5G-dən gedir. Əməliyyat sistemi yenilənməsini bu smartfonun ilk növbədə Çindəki və Cənubi Koreyadakı istifadəçiləri əldə ediblər. Lakin yaxın zamanda Android 13 sözügedən smartfonun digər regionlardakı istifadəçiləri üçün də də aktiv olacaq. Galaxy F52 5G Android 13 ilə yanaşı həmçinin yeni OneUI 5.0 istifadəçi interfeysini və Google şirkətinin noyabr ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini əldə edib.
    Paylaş
    Bənzər xəbərlər