
Samsung Galaxy Fold 3 üçün OneUI-nin yeni versiyası istifadəyə verilib
Əməliyyat sistemləri
22.02.2023
Emil
Samsung şirkəti özünün qatlana bilən smartfonlarını yeni OneUI 5.1 istifadəçi interfeysi ilə təmin etməyə davam edir. Dünən xəbər verilmişdi ki, şirkət qatlana bilən Galaxy Fold 2 smartfonunda yeni istifadəçi interfeysini istifadəyə verib. İndi isə məlum olub ki, Galaxy Fold 3 üçün də OneUI 5.1 istifadəyə verilib. Məlumatda qeyd edilib ki, OneUI 5.1 ilk növbədə Galaxy Fold 3-ün Macarıstan, Yunanıstan, Almaniya, Niderland, Polşa, İsveçrə, Çexiya, Slovakiya, Xorvatiya, Makedoniya, Avstraliya, Böyük Britaniya, Ukrayna, Fransa və Qazaxıstandakı istifadəçiləri üçün aktivləşdirilib. Yaxın zamanda proqram təminatı yenilənməsi digər regionlardakı istifadəçilər üçün də aktiv olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Fold 3 smartfonu OneUI 5.1 ilə yanaşı həmçinin Google şirkətinin fevral ayı üçün nəzərdə tutulmuş təhlükəsizlik yenilənməsini də əldə edib.
Paylaş
Bənzər xəbərlər