Logo
    main-post-cover

    Samsung Galaxy S23 smartfonları üçün OneUI 6-nın ikinci beta versiyası istifadəyə verilib

        Samsung şirkəti Android 14 əsasında olan OneUI 6.0 istifadəçi interfeysini Galaxy S23 smartfonlarında test etməyə davam edir. Hələ bir neçə müddət bundan öncə şirkət OneUI 6.0-ın ilk beta versiyasını bu smartfonlar üçün təqdim etmişdi. İndi isə məlum olub ki, şirkət yeni istifadəçi interfeysinin ikinci beta versiyasını Galaxy S23 smartfonlarında istifadəyə verib. Yeni istifadəçi interfeysinin ikinci beta versiyası hələ ki, Cənubi Koreyadakı istifadəçilər üçün təqdim edilib. Lakin yaxın zamanda o, digər ölkələrin istifadəçiləri üçün də aktivləşdiriləcək.
    Paylaş
    Bənzər xəbərlər