
Samsung OneUI 6-nın ilk beta testinin istifadəyə verilməsinə hazırlaşır
Əməliyyat sistemləri
06.07.2023
Emil
Bir neçə gün bundan öncə Samsung OneUI 5.1.1 istifadəçi interfeysinin testinə start verdi. İndi isə şirkət aktiv şəkildə OneUI 6.0-ın beta testini hazırlayır. OneUI 6.0-ın hazırlanan beta versiyası Android 14-ə əsaslanır. İnsayderlər bildiriblər ki, yeni istifadəçi interfeysinin beta versiyası S918BXXU3ZWFA, S918BOXM3ZWFA və S918BXXU3ZWFA nömrələri ilə şirkətin Cənubi Koreya, Avropa və Hindistandakı serverlərində ortaya çıxıb. Bu isə o deməkdir ki, OneUI 6.0-ın beta versiyası yaxın zamanda istifadəyə veriləcək. Yeni istifadəçi interfeysinin ilk beta versiyasını ilkin mərhələdə böyük ehtimalla Galaxy S23 smartfonlarının istifadəçiləri əldə edəcəklər.
Paylaş
Bənzər xəbərlər