
Son Android yenilənməsini əldə edəcək Samsung cihazları məlum olub
Əməliyyat sistemləri
21.07.2023
Emil
Öz smartfonlarının uzun müddət ərzində dəstəklənməsi mövzusunda Samsung yalnız Apple şirkətinə uduzur. Uzun müddət ərzində Samsung da daxil olmaqla digər Android smartfon istehsalçıları öz cihazları üçün yalnız iki əməliyyat sistemi yenilənməsini təqdim edirdilər. Lakin daha sonra Samsung öz flaqman smartfonlarının dəstək müddətini 3 ilə uzatmaq qərarına gəldi. Lakin şirkət bununla yetinməyərək öz flaqman və orta büdcəli bəzi smartfonlarında bu müddəti 4 ilə uzatdı.
Bu cür qərar həmçinin şirkətin bəzi planşet modellərini də əhatə etdi. Buna baxmayaraq bəzi smartronlar üçün daha öncədən söz verilmiş 3 illik əməliyyat sistemi yenilənməsi olduğu kimi qaldı. İndi isə Android 14-ün son əməliyyat sistemi olacağı Samsung cihazlarının siyahısı məlum olub. Siyahıda olan cihazlar Android 14 yenilənməsindən sonra bir daha əməliyyat sistemi yenilənmələrini əldə etməyəcəklər. Samsung onlar üçün sadəcə təhlükəsizlik və xırda OneUI yenilənmələrini təqdim edəcək. Beləliklə son Android yenilənməsini əldə edəcək cihazların siyahısı aşağıdakı kimidir.
- Samsung Galaxy A52
- Samsung Galaxy A52s
- Samsung Galaxy A52 5G
- Samsung Galaxy A72
- Samsung Galaxy Tab S7 FE.
Paylaş
Bənzər xəbərlər