Tim Cook iOS-də olan əsas məhdudiyyətlərdən birinin səbəbini açıqlayıb

Tim Cook iOS-də olan əsas məhdudiyyətlərdən birinin səbəbini açıqlayıb

Əməliyyat sistemləri
07.04.2021 PAYLAŞIM

    The New York Times ilə baş tutmuş böyük müsahibə çərçivəsində Apple şirkətinin CEO-su Tim Cook elektriklə çalışan nəqliyyatlardan, artırılmış rellıq texnologiyalarından və s. mövzulardan danışıb. Müsahibə zamanı həmçinin hansı səbəbə görə iOS-də kənar tətbiqlər mağazasının olmaması məsələsinə də toxunulub. Epic Games ilə baş verən məhkəmə proseslərini müzakirə edən zaman Tim Cook tətbiqlərin nəyə görə yalnız App Store-dan yükləmənin mümkün olduğuna aydınlıq gətirib.

    Onun sözlərinə əsasən bunun səbəbi çox sadədir. Belə ki, məsələ istifadəçilərin təhlükəsizliklərində və konfidensiallıqlarındadır. Tim Cook qeyd edib ki, kənar tətbiqlər mağazasının platformada mövcud olması halında Apple şirkəti iPhone iPad modellərinə quraşdırılan tətbiqlərin yüksək keyfiyyətlərinə və təhlükəsizliklərinə zəmanət verməkdə çətinlik çəkərdi.


    “Biz gün ərzində 100.000 tətbiqi nəzərdən keçirdirik. Onlardan 40.000-i App Store platformasında yerləşdirilmir. Onların əksəriyyəti platformada yerləşdirilmir ona görə ki, onlar ya ümumiyyətlə çalışmırlar ya da lazımi səviyyədə çalışa bilmirlər. Siz təsəvvür edirsiniz ki, bu nəzarət prosesinin olmadığı halda App Store hansı vəziyyətdə olar?” - deyə Tim Cook qeyd edib. Tim Cook-un bu cür bəyanatlarına baxmayaraq qeyd etmək lazımdır ki, App Store-da zərərli proqram təminatlarına rast gəlmək mümkündür. Belə ki, hələ dünən verdiyimiz xəbərdə qeyd edilmişdi ki, istifadəçilərdən biri App Store-da olmuş saxta tətbiqdən istifadə edərək özünün 600.000$ dəyərində olmuş bitcoinlərini itirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12-nin stabil versiyasının çıxışı bir qədər təxirə salınıb

Google şirkəti gözlənilmədən Android 12 əməliyyat sisteminin istifadəyə verilmə müddətində dəyişikli..


Microsoft Windows 11-in istifadəyə verilmə tarixini elan edib

Microsoft rəsmi şəkildə elan edib ki, Windows 11-in işıq üzü görməsinə 1 aydan bir qədər çox vaxt qa..


Microsoft köhnə kompüterlərdə Windows 11-in funksionallığını məhdudlaşdıracaq..

Bir neçə gün bundan öncə Microsoft şirkəti elan etmişdi ki, Windows 11-i hətta köhnə kompüterlərə də..


Windows 11-i köhnə kompüterlərə də quraşdırmaq mümkün olacaq

Microsoft şirkəti istifadəçilərin narazılıqlarını nəzərə alaraq elan edib ki, Windows 11 əməliyyat s..


Apple şirkətinin fotoların skan olunması funksiyası iOS 14.3-də aşkar edilib..

Hələ bir neçə müddət bundan öncə Apple şirkəti iCloud fotoların skan olunması funksiyasını anons etm..


Windows 10 torrent və kriptovalyuta mayninqi tətbiqlərini bloklamağa başlayıb..

Bu ayın əvvəlində Microsoft özünün Defender antivirusunun çalışma siyasətinə dəyişikliklər əlavə etm..

×