Logo
    main-post-cover

    WatchOS 9-un yeni versiyasında Parkinson xəstələri üçün yeni funksiya təqdim edilib

        Apple öz smart saatlarında istifadəçi səhhətinin monitorinqi ilə bağlı imkanları genişləndirib. Belə ki, şirkətin öz smart saatları üçün istifadəyə vermiş olduğu watchOS 9.6.1 əməliyyat sistemində Parkinson xəstəliyindən əziyyət çəkənlərə istiqamətlənmiş bir sıra yeni funksiya təqdim edilib və bəzi sistem xətaları aradan qaldırılıb. Məsələ burasındadır ki, API Movement Disorder-dən istifadə edən Parky adlı tətbiq bədən hərəkətləri barəsində məlumatları əldə etməyə imkan verməyən problem səbəbilə bloklanmışdı. Əməliyyat sistemi yenilənməsi isə bu problemi aradan qaldırıb və Parkinson xəstəliyindən əziyyət çəkənlərin simptomlarında olan dəyişiklikləri 94%-lik dəqiqliklə ölçməyə imkan verib.
    Paylaş
    Bənzər xəbərlər