
Windows 10 20H2 yenilənməsi ilə bağlı ilk məlumatlar ortaya çıxdı
Əməliyyat sistemləri
29.05.2020
Nijat
Microsoft şirkəti Windows 10 üçün dünən 20H1 (2004) yenilənmə paketini yayımladı. İndi isə növbə bu ilin 2.yarısında yayımlanması gözlənilən 20H2 yenilənməsindədir. Windows 10 20H2 ilə bağlı ilk məlumatlar ortaya çıxmağa başladı. Yeni yenilənmə paketi 20H1 qədər böyük olmayacaq.
Windows 10 20H2 yenilənməsi 20H1 qədər böyük olmayacaq və çox yenilik gətirməyəcək.
Microsoft şirkəti keçən il Windows 10 üçün hazırladığı yenilənmə paketlərində müxtəlif bir yol seçdi. Beləki keçən il yayımlanan 1903 və 1909 yenilənmələrində bütün yeniliklər 1903 ilə gəlmişdi, lakin bunlardan bəziləri aktiv deyildi. Aktiv olması üçün 1909 (19H2) yenilənməsinin yayımlanması gözlənilirdi. İndi eyni sistem bu il də tətbiq ediləcək.
Beləki Windows 10 üçün əsas yeniliklər 20H1 yenilənməsi ilə gəldi. 20H2 yenilənməsi ilə bu yeniliklər təkmilləşdiriləcək və deaktiv olanlar aktivləşdirələrək istifadəyə veriləcək. Lakin istifadəçilər "enablement package" adı verilən kiçik yenilənmə paketini yükləyərək 20H2 ilə aktivləşməsi gözlənilər bəzi yenilikləri aktivləşdirə biləcəklər. Bu haqda məlumat Windows Latest tərəfindən təsdiqləndi. Qeyd edək ki, Windows 10 20H2 yenilənməsinin çıxış tarixi Oktyabr və ya Noyabr ayında olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
