main-post-cover

    Windows 10-da istənilən Linux tətbiqinin işə salınması mümkün olub (VİDEO)

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    22.04.2021
    Farid Pardashunas
        Microsoft şirkəti qrafik interfeysli Linux tətbiqlərinin Windows 10 mühitində işə salınması funksiyasının testinə başlayıb. Sözügedən funksiya Microsoft-un insayder proqramının iştirakçıları üçün artıq aktivdir və heç bir əlavə əməliyyat reallaşdırmadan Linux istifadəçilərinə Windows-da ənənəvi proqram təminatlarından istifadə imkanını verir. WSL alt sisteminin yenilənməsi Linux üçün hazırlanmış istənilən qrafik redaktorları və alətləri işə salmağa şərait yaradır. Bundan əlavə olaraq Microsoft tərtibatçıları GPU-da hardware sürətlənməsi funksiyası ilə mikrofon dəstəyini reallaşdırıblar.
        Texniki olaraq Windows istifadəçiləri bu cür imkandan əvvəllər də istifadə edə bilirdilər. Lakin əvvəllər bunun üçün fərdi şəkildə X serverinin işə salınması lazım gəlirdi. İndi isə bu proses avtomatik işə düşür. Tətbiqin və ya WSL distributivinin işinin bitməsindən sonra alt sistem avtomatik şəkildə deaktiv olur və adi rejimdə Windows-dan istifadə imkanını geri qaytarır. Bu yeni funksiyadan istifadə etmək üçün Windows 10 Insiders 21364 və ya daha yeni versiyanı quraşdırmaq və o cümlədən <<wsl --update>> konsol əmri vasitəsilə WSL alt sistemini yeniləmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər