main-post-cover

    Windows 10 torrent və kriptovalyuta mayninqi tətbiqlərini bloklamağa başlayıb

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.08.2021
    Emil Nəcəfov
        Bu ayın əvvəlində Microsoft özünün Defender antivirusunun çalışma siyasətinə dəyişikliklər əlavə etmişdi. Bundan sonra arzuolunmaz tətbiqlərin bloklanmasını təmin edən alqoritm sistem tərəfindən şübhəli bilinən tətbiqlərin yüklənməsinin və işə salınmasının qarşısını alacaq. Bu cür tətbiqlər siyahısına torrent kriptovalyuta mayninqi tətbiqləri də daxil olublar. Arzuolunmaz tətbiqlərin bloklanması funksiyası hələ 2018-ci ildə təqdim olunmuşdu. Lakin həmin vaxtda istifadəçi onu PowerShell sistem aləti vasitəsilə fərdi şəkildə aktivləşdirməli idi.
        Bir neçə müddət bundan öncə təqdim olunmuş yenilənmə sayəsində isə bu funksiya Windows Defender-də avtomatik olaraq aktivləşir. Bu funksiyanın vəziyyətini Windows-un təhlükəsizlik ayarlarında yoxlamaq mümkündür. Microsoft şirkətinin potensial təhlükəli tətbiqlər siyahısına daxil etdiyi tətbiqlər arasında P2P şəbəkələrdə fayl mübadiləsi üçün olan bəzi tətbiqlər, kriptovalyuta mayninqi ilə əlaqəli olan proqram təminatları, istifadəçinin zövq üstünlüklərini analiz edib onları yığmaqla məşğul olan reklam və marketinq tətbiqləri var.
    Linki kopyala