
Windows 11-də Copilot adlkı süni zəka çat-botu istifadəyə verilib
Əməliyyat sistemləri
02.11.2023
Emil
Microsoft şirkəti Windows 11 üçün nəzərdə tutulmuş növbəti böyük yenilənməni təqdim edib. Təqdim edilmiş yenilənmə ilə əməliyyat sistemində Copilot adlı süni zəka əsaslı çat-bot istifadəyə verilib. Copilot generativ süni zəka sistemidir və o, istifadəçinin sorğuları əsasında mətnləri və digər növ kontentləri tərtib edə bilir. O, istifadəçilərin suallaına cavab vermək, əməliyyat sistemi daxilində müəyyən əməliyyatları yerinə yetirmək və bilik bazasını genişləndirmək üçün böyük həcmli məlumatlar əsasında təlimatlandırılıb.
Copilot Windows 11 çərçivəsində tətbiqləri işə sala, əməliyyat sistemində Dark Mode rejimini aktivləşdirə və istifadəçi tərəfindən təlimatlar ala bilər. İstifadəçi Edge brauzerindən istifadə edən zaman isə Copilot brauzerdə baxılan veb səhifənin qısa ümumiləşdirməsini təqdim edə bilər. Copilot ilə dialoq pəncərəsinin aktivləşdirilməsi üçün Taskbar bölməsində onun ikonuna klikləmək və ya Win+C düymə kombinasiyasını reallaşdırmaq lazımdır.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
