main-post-cover

    Windows 11-də daha təkmilləşdirilmiş videoredaktor istifadəyə veriləcək

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.03.2022
    Emil Nəcəfov
        Paint Notepad Windows əməliyyat sisteminin yeganə ştat tətbiqləri deyillər. Sözügedən tətbiqlərdən əlavə olaraq Windows-un tərkibinə həmçinin müxtəlif multimedia alətləri daxildir və Microsoft yaxın zamanda onlardan birini təkmilləşdirəcək. Söhbət, videoların redaktə edilməsi üçün nəzərdə tutulmuş tətbiqdən gedir. Yaxın zamanda primitiv Gallery funksiyalarının əvəzinə təkmilləşdirilmiş proqram alətləri istifadəyə veriləcək. Clipchamp adlı tətbiq artıq Windows 11 Insider Preview Build 22572 test versiyasında istifadəyə verilib.
        Sözügedən tətbiq videoların redaktə edilməsi məsələsində əsas tapşırıqların yerinə yetrilməsi üçün sadə interfeys təqdim edir. Lakin buna baxmayaraq tətbiq daha professional videoredaktorların da bəzi funksiyalarını özündə birləşdirir. Tətbiqdə reallaşdırılmış əsas yeniliklərdən biri zaman şkalasınn inteqrasiyasıdır. Həmin zaman şkalası sayəsində videonun ayrı-ayrı hissələrinin dəqiq korreksiyasını reallaşdırmaq mümkün olacaq. Əsas alətlərdən (kəsmə, bölmə, keçidlər və animasiyalı mətnlər) əlavə olaraq Clipchamp tətbiqi Microsoft-un digər platformalarının üstünlüklərindən də istifadə edə bilir.
        Tətbiq videoların səsləndirilməsi üçün Azure əsaslı xüsusi generatoru dəstəkləyir. Həmin generator isə öz növbəsində mətnləri şifahi nitqə çevirir. Bundan əlavə olaraq tətbiq OneDrive inteqrasiyasına sahibdir və onun vasitəsilə lazımi materialları buludda saxlamaq olar. Qeyd etmək lazımdır ki, Windows 11-də istifadəyə veriləcək daha bir yeni tətbiq Microsoft Family olacaq. Onun sayəsində valideynlər öz ailə üzvlərini arzuolunmaz kontentlərdən qoruya və Microsoft Edge brauzerində səhifələrin baxılmasını məhdudlaşdıra biləcəklər.
    Linki kopyala