
Windows 11-də Windows 10-un Taskbar-nın istifadəsi imkanı ləğv ediləcək
Əməliyyat sistemləri
01.12.2023
Emil
İnsayderlər Windows 11-in test versiyasında vacib bir dəyişikliyi aşkar ediblər. Məsələ burasındadır ki, Windows 11-də Windows 10-un klassik Start düyməsi və Taskbar bölməsini istifadə edən istifadəçilər Windows 11-in bu cür fərdiləşdirilməsindən (customization) imtina etməli olacaqlar. Nəticədə istifadəçilər aktual olan Windows 11-dəki Start düyməsi ilə Taskbar bölməsinə öyrəşməli olacaqlar. Windows 11-in test versiyası əməliyyat sistemində Windows 10-un Taskbar bölməsinin hətta StartAllBack və ExplorerPatcher kimi tətbiqlər vasitəsilə istifadəsini də qadağan edir. DisableWin10Taskbar adlı funksiya Windows 10 Taskbar-nın avtomatik olaraq Windows 11-də bloklanmasını təmin edir. Gözləntilərə əsasən bu dəyişiklik Windows 11-in stabil versiyasında yaxın zamanlarda təqdim ediləcək yenilənmə ilə işə düşəcək.
Paylaş
Bənzər xəbərlər

Əməliyyat sistemləri
Windows 11-də enerjiyə qənaət rejimi istifadəyə veriləcək
İnsayderlər Windows 11-in test versiyasında maraqlı yeniliyi aşkar ediblər.

Əməliyyat sistemləri
Windows 11-dəki Copilot köməkçisi GPT-4 Turbo-ya keçid edə bilər
Microsoft şirkəti hələ bir neçə müddət bundan öncə Windows 11-də Copilot adlı süni zəka köməkçisini istifadəyə vermişdi.

Əməliyyat sistemləri
Paint-də süni zəka vasitəsilə fotoların tərtibatı funksiyası istifadəyə verilib
Microsoft şirkəti Windows 11-dəki Paint tətbiqində mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyasını işə salıb.

Əməliyyat sistemləri
Copilot adlı süni zəka köməkçisi Windows 10-da istifadəyə veriləcək
Microsoft şirkəti bir neçə müddət bundan öncə süni zəka əsaslı Copilot köməkçisini Windows 11-də istifadəyə verdi.

Əməliyyat sistemləri
Microsoft süni zəka əsaslı Copilot köməkçisini Windows 10-da istifadəyə verə bilər
Hələ bir neçə müddət bundan öncə Microsoft şirkəti süni zəka əsaslı Copilot köməkçisini Windows 11-də istifadəyə verdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
