
Windows 11 hələ də Windows 10-dan geridə qalır
Əməliyyat sistemləri
05.10.2023
Emil
Windows 11-in istifadəyə verilməsindən 2 il keçməsinə baxmayaraq onun bazar payı Windows 10-dan hələ də aşağıdır. StatCounter şirkətinin yeni statistik məlumatlarına əsasən Windows 10 əməliyyat sistemi Windows versiyaları arasında bazarın 71.64%-nə sahibdir. Windows 11-də isə bu göstərici 23.61% təşkil edir. Beləliklə Windows 10 öz liderliyini qorumaqda davam edir. Windows 11 isə ikinci yerdə qərarlaşır

Üçüncü yeri 3.34%-lik göstərici ilə Windows 7, dördüncü yeri 0.61% göstərici ilə Windows 8.1, beşinci və altıncı yerləri isə Windows 8 ilə Windows XP tuturlar. Onların hər birində bazar payı 0.35% təşkil edir. Windows 11 hal hazırda ikinci ən məşhur əməliyyat sistemi olsa da, onun istifadəçilər arasında yayılma tempi Windows 10-un yayılma tempi kimi sürətli deyil. Qeyd etmək lazımdır ki, 2015-ci ildə istifadəyə veriləndən 2 il sonda Windows 10 artıq bazarın 32.84%-nə sahib idi. Bu isə Windows 11-in hal hazırda bazardakı payından 10% yüksəkdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
