Logo
    main-post-cover

    Windows 11-in bazardakı payı artmaqda davam edir

    Əməliyyat sistemləri
    02.11.2023
    Emil
         Statcounter analitik şirkəti oktyabr ayı üzrə Windows 11 əməliyyat sisteminin bazarda yayılması statistikasını təqdim edib. Təqdim edilmiş statistikaya əsasən hal hazırda aktual olan Windows 11 məşhurlaşmaqda davam edir. Lakin buna baxmayaraq o hələ də Windows versiyaları arasında lider olan Windows 10-dan geridə qalır. Beləliklə təqdim edilmiş statistikaya əsasən Windows 11-in bazar payı 1 ay ərzində 2.5% artaraq 26.14%-ə çatıb. Bu göstərici ilə Windows 11 statistikanın ikinci yerində qərarlaşıb. Birinci yeri isə hələ də Windows 10 tutur. Belə ki, onun bazar payı 69.35% təşkil edir. Qeyd etmək lazımdır ki, oktyabr ayında Windows 10 öz istifadəçi kütləsinin 2.27%-ni itirib. Üçüncü yeri 3.03%-lik bazar payı ilə Windows 7 tutub.
    Paylaş