main-post-cover

    Windows 11-in məşhurluq səviyyəsi Micreosoft-u sözün yaxşı mənasında təəccübləndirib

    Əməliyyat sistemləri
    18.10.2023
    Emil Nəcəfov
         Windows Central saytı Microsoft-un daxili sənədlərinə əsaslanan maraqlı statistikanı təqdim edib. Təqdim edilmiş məlumata əsasən Windows 11-in kompüterlərə quraşdırılma sayı Windows 10-nun göstəricisini keçməsə də, Microsoft şirkətini sözün yaxşı mənasında təəccübləndirməyi bacarıb. Statistikaya əsasən Windows 11 hal hazırda 400 milyon cihaza quraşdırılıb. Statistikaya ayda heç olmasa bir dəfə istifadə edilən aktiv kompüter və planşetlər daxil olublar. Windows 11-in bu cür nailiyyəti əldə etməsi üçün 2 il vaxt lazım olub.
         Windows 10 isə eyni nailiyyəti 1 il ərzində əldə etmişdi. Digər tərəfdən Windows 10-nun bu qədər məşhur olması onun zamanında pulsuz təklif edilməsində idi. Mütəxəssislərin sözlərinə əsasən Windows 11-in sistem tələbləri əməliyyat sisteminin potensial kütləsini 25% ixtisar edib. Nəticədə şirkətin yeni əməliyyat sisteminin istifadəçilər arasında nə dərəcədə məşhur olacağı mövzusunda gözləntiləri aşağı idi. Lakin son statistik məlumatlara əsasən Windows 11 istifadəçilər arasında müəyyən səviyyədə məşhur olmağı bacarıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər