
Windows 11-in Start menyusunda istifadəçilərə maraqlı olacaq saytların linkləri əks olunacaq
Əməliyyat sistemləri
18.09.2023
Emil
Microsoft şirkəti Windows 11-in Start menyusundakı məsləhət xarakterli bölməni genişləndirmək qərarına gəlib. Belə ki, Windows 11-in test versiyasının istifadəçiləri üçün artıq genişləndirilmiş məsləhətlər təqdim edilməyə başlayıb. Şirkət öz əməliyyat sisteminin Start menyusunda istifadəçinin baxış tarixçələri əsasında ona maraqlı ola biləcək veb resursları məsləhət görməyə başlayıb. Həmin məsləhətlər qeyd edilmiş veb resurslara linklər şəklində təqdim olunur.
Məlumatda qeyd edilib ki, bu yeni özəllik istifadəçi üçün vacib olan veb resursları ona sürətli şəkildə təqdim etmək istiqamətində reallaşdırılıb. Adətən istifadəçilər mütəmadi şəkildə daxil olduqları veb resursları brauzerin qovluqlarına əlavə edirlər. Lakin Microsoft-un fikrincə həmin veb resurslar həmçinin əməliyyat sisteminin Start menyusunda da əks olunmalıdır. İstifadəçi öz istəyinə uyğun olaraq bu imkanı əməliyyat sisteminin ayarlarında deaktiv edə biləcək. Funksiyanın yaxın zamanda stabil Windows 11-də istifadəyə veriləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
