
Windows 11-in Task Manager-nə yeni funksiyalar əlavə ediləcək
Əməliyyat sistemləri
11.11.2022
Emil
Microsoft şirkəti Windows 11-in yeni beta versiyasını təqdim edib. Təqdim edilmiş beta versiyada Task Manager üçün 3 yeni funksiya istifadəyə verilib. Beləliklə bundan sonra Task Manager-in axtarış pəncərəsi heç bir əlavə tətbiqin quraşdırılmaması halında da aktiv olacaq. Sözügedən axtarış pəncərəsi işə salınmış lazımi prosesi ad, açar sözü, ikili ad və ya PID vasitəsilə tapılmasını mümkün edir. Task Manager-in axtarış pəncərəsində mouse işarəsini sürətli şəkildə axatrış sahəsinə yönləndirmək üçün Alt + F kombinasiyasını reallaşdırmaq lazımdır.

Bununla yanaşı Microsoft Task Manager-in xarici görünüşündə də bəzi dəyişikliklər edib. Bundan sonra Task Manager-in interfeysi üçün əməliyyat sisteminin hansı rəng çalarında olmasından asılı olmayaraq fərdi şəkildə qara və ya standart rəngi təyin etmək olar. Bununla yanaşı Task Manager tərəfindən təqdim edilən dialoq pəncərəsi də əməliyyat sistemində aradan qaldırılıb. Daha bir kiçik yenilik isə Efficiency rejiminin aktivləşdirilməsinin təsdiq sorğusunun deaktiv edilməsidir. Bütün bu yeniliklərin Windows 11-in stabil versiyasında nə zaman istifadəyə veriləcəyi bilinmir.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
