main-post-cover

    Xiaomi 6 smartfonu üçün yeni MIUI versiyalarının hazırlanmasını dayandırıb

    Əməliyyat sistemləri
    Proqram Təminatı
    25.09.2023
    Emil Nəcəfov
        Xiaomi şirkəti 6 ədəd smartfon modeli üçün MIUI-nin yeni versiyalarının hazırlanmasını dayandırdığını elan edib. Onların arasında 2021-ci ildə satışa çıxmış 3 flaqman smartfonu var. Beləliklə bundan sonra şirkət Xiaomi Mi 11, Mi 11 ProMi 11 Ultra üçün yeni MIUI 14 funksiyalarını əlavə etməyəcək. Siyahıya həmçinin Redmi K40S, Redmi Note 11T Pro Redmi Note 11T Pro+ modelləri də daxil olublar. Buna baxmayaraq şirkət bu smartfonların hər biri üçün Android 14 əsaslı MIUI 14-ü istifadəyə verəcək. Sözügedən smartfonların dəstəklərinin tamamilə isə 1-2 ildən sonra dayandırılacağı gözlənilir.
    Linki kopyala