main-post-cover

    Xiaomi MIUI 13-ün qlobal versiyasını təqdim edib: Onu hansı smartfonlar əldə edəcəklər?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    26.01.2022
    Emil Nəcəfov
        Xiaomi şirkəti MIUI 13 istifadəçi interfeysinin qlobal versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, keçən ayın sonunda şirkət MIUI 13-ün Çin bazarı üçün nəzərdə tutulmuş versiyasını təqdim etmişdi. Məlum olub ki, Çin bazarı üçün təqdim edilmiş MIUI 13 versiyasına daxil olmuş yeniliklərin çoxu istifadəçi interfeysinin qlobal versiyasına daxil edilməyiblər. Beləliklə faktiki olaraq MIUI 13-ün qlobal versiyası MIUI 12.5 Enhanced istifadəçi interfeysinin bir qədər yaxşılaşdırılmış versiyası kimi çıxış edir. Vaxtı ikən MIUI 12.5 Enhanced isə MIUI 12-nin optimizasiya edilmiş versiyası kimi təqdim edilmişdi.
        Bununla yanaşı Xiaomi yeni istifadəçi interfeysinin qlobal versiyasını əldə edəcək ilk smartfonların siyahısını təqdim edib. Siyahıya ümumilikdə 23 cihaz əlavə edilib. Onlardan 22-si smartfon, 1-i isə planşetdir. Şirkət MIUI 13-ün qlobal versiyasını siyahıdakı cihazlar üçün bu ilin birinci rübünün sonuna kimi istifadəyə verəcək. Onu da qeyd etmək lazımdır ki, siyahıda mövcud olan Xiaomi Mi 11X, Mi 11X Pro, 11 Lite NE, Redmi Note 10 JE, Note 10 Pro Max10 Prime adlı smartfonlar Avropa bazarında satılmırlar. Siyahı isə aşağıdakı kimidir:
    - Xiaomi Mi 11
    - Xiaomi Mi 11i
    - Xiaomi Mi 11X
    - Xiaomi Mi 11X Pro
    - Xiaomi Mi 11 Ultra
    - Xiaomi Mi 11 Lite
    - Xiaomi Mi 11 Lite 5G
    - Xiaomi 11 Lite 5G NE
    - Xiaomi 11 Lite NE
    - Xiaomi 11T
     -Xiaomi 11T Pro
    - Redmi Note 8 (2021)
    - Redmi Note 10 JE
    - Redmi Note 10
    - Redmi Note 10 Pro
    - Redmi Note 10 Pro Max
    - Redmi 10
    - Redmi 10 Prime
    - Redmi Note 11
    - Redmi Note 11S
    - Redmi Note 11 Pro 4G
    - Redmi Note 11 Pro 5G
    - Xiaomi Pad 5.
    Linki kopyala