
Xiaomi MIUI 14-ün aralıq versiyasının hazırlanmasından imtina edib
Əməliyyat sistemləri
20.06.2023
Emil
Xiaomi şirkətinin smartfonları üçün proqram təminatı yenilənmələrini daimi şəkildə izləyən Xiaomiui saytı xəbər verib ki, şirkət MIUI 14.5 istifadəçi interfeysinin hazırlanmasından imtina edib. Beləliklə şirkətin növbəti istifadəçi interfeysi MIUI 15 olacaq. Səbəb isə şirkətin öz resurslarını aralıq MIUI interfeysinin hazırlanmasına sərf etmək istəməməsindədir. Nəticədə şirkət bütün gücünü MIUI 15-in hazırlanmasına yönəldəcək. MIUI 15-in nə zaman istifadəyə veriləcəyi bilinmir. Lakin böyük ehtimal ilə şirkətin yeni istifadəçi interfeysini ilk əldə edəcək smartfonlar məhz Xiaomi 14 modelləri olacaqlar.
Paylaş
Bənzər xəbərlər