main-post-cover

    1 milyon Facebook istifadəçisinin konfidensial məlumatları sızdırılmış ola bilər

    Təhlükəsizlik
    10.10.2022
    Emil Nəcəfov
        Meta şirkəti 1 milyon Facebook istifadəçisinin konfidensial məlumatlarının sızdırılmış ola biləcəyi barəsində xəbər verib. Məlumatda qeyd edilib ki, bunun əsas səbəbi istifadəçilərin App Store Google Play-dən yüklədikləri kənar tətbiqlərlə bağlıdır. Bu il Meta şirkətinin təhlükəsizlik xidməti Android iOS üçün nəzərdə tutulmuş 400-dən çox zərərli proqram təminatı aşkar edib. Aşkar edilmiş zərərli proqram təminatlarından 355-i Android üçün, 47-si isə iOS üçün nəzərdə tutulub. Həmin zərərli tətbiqlər özlərini foto redaktorlar və digər servislər kimi maskalayaraq istifadəçilərin Facebook-a daxil olmaq üçün nəzərdə tutulmuş hesab məlumatlarını oğurlayıblar.
        Meta-nın təhlükəsizlik xidmətinin hesabatına əsasən zərərli tətbiqlərin 40%-i özlərini foto redaktorlar kimi, digərləri isə mobil oyunlar, lifestyle tətbiqlər, biznes xarakterli proqram təminatları və VPN servislər kimi maskalayıblar. Meta bildirib ki, o artıq sözügedən problem barəsində Apple Google şirkətlərini məlumatlandırıb. Apple və Google isə bildiriblər ki, onlar Meta tərəfindən aşkar edilmiş bütün zərərli tətbiqləri öz platformalarından siliblər. Bundan əlavə olaraq Meta şirkəti 1 milyon Facebook istifadəçisini konfidensial məumatların potensial sızdırılması barədə xəbərdar etməyi planlaşdırır.
        Meta-nın təhlükələrlə mübarizə üzrə direktoru olan David Agranovich bildirib ki, onun komandası bu problemdən zərər çəkmiş istifadəçilərin dəqiq sayını təyin edə bilmir. Şirkət ilk növbədə istifadəçilərə Facebook hesabı vasitəsilə daxil olma təklifini edən servislərlə diqqətli olmağı məsələhət görür. Məsələn fənər tətbiqinin hər hansısa funksionallığını istifadəçiyə təqdim etməmişdən öncə ondan Facebook hesabı vasitəsilə daxil olmağı tələb edirsə, stifadəçi bu halda artıq şübhələnməlidir.
    Linki kopyala