
1.3 milyon Clubhouse istifadəçisinin məlumatları internetə sızdırılıb
Təhlükəsizlik
11.04.2021
1.3 milyon Clubhouse istifadəçisinin məlumatları hackerlər üçün nəzərdə tutulmuş forumlardan birində ortaya çıxıb. Bu barədə CyberNews saytı xəbər verib. Ortaya çıxmış məlumatlar arasında istifadəçilərin ID-ləri, adları, fotoları, sosial şəbəkədəki ləqəbləri, sosial şəbəkə ilə sinxronlaşdırılmış Twitter və Instagram hesabları, abunəçilərin sayı, abunə olunmuş istifadəçilərin sayı, Clubhouse hesablarının yaradılma tarixləri və dəvətnaməni göndərmiş istifadəçilərin adları yer alıblar. Qeyd etmək lazımdır ki, ortaya çıxmış məlumatlar bazasında yalnız Clubhouse-dakı istifadəçi hesablarının ümumi məlumatları yer alıblar.
Həmin məlumatlar arasında kredit kartları və hüquqi sənədlər barəsində məlumatlar yoxdur. Məlumatda qeyd edilib ki, hackerlər əldə olunmuş məlumatlardan istifadə edərək fishing hücumlar reallaşdıra bilərlər. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər Business Insider saytına bildiriblər ki, hackerlər həmçinin sözügedən məlumatlardan istifadə edərək özlərini Clubhouse istifadəçiləri kimi təqdim edə bilərlər. Mütəxəssislər Clubhouse istifadəçilərinə öz şifrələrini dəyişməyi və iki faktorlu autentifikasiya sistemlərindən istifadə etməyi məsləhət görüblər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...