
1.5 milyard Facebook istifadəçi hesabının konfidensial məlumatları darknetə sızdırılıb
Təhlükəsizlik
04.10.2021
Facebook, Instagram, Messenger və Whatsapp kimi servislərin çökmələrindən sonra darknetdə 1.5 milyard Facebook istifadəçi hesabının məlumatlarının ortaya çıxması məlum olub. Bu, Facebook tarixinin ən böyük məlumat sızıntısıdır. PrivacyAffairs saytının verdiyi məlumata əsasən istifadəçi məlumatlarından ibarət bu böyük məlumatlar bazası darknetin hacker hücumları ilə bağlı ən böyük forumunda satılır. Sızdırılmış istifadəçi məlumatları arasında istifadəçilərin adları, elektron poçt ünvanları, telefon nömrələri, yerləşdikləri yerləri, cinsləri və identifikatorları var.
Mütəxəssislərin ilkin qiymətləndirmələrinə əsasən sızdırılmış məlumatlar bazası həqiqəti əks etdirir. Bu cür məlumatlar bazasından istifadə edərək pis niyyətli reklamverənlər icazəsiz linklərin göndərilməsini və fishinq hücumlarını reallaşdıra bilərlər. Potensial alıcılardan birinin verdiyi məlumata əsasən 1 milyon Facebook istifadəçi hesabının məlumatları qarşılığında ona 5000$ qiymət təyin edilib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...