main-post-cover

    100 000-dən çox hacker dələduzluq sxemlərindən zərər çəkib

    Təhlükəsizlik
    16.08.2023
    Emil Nəcəfov
        Kibertəhlükəsizlik üzrə müxtəlif həlləri təqdim etməklə fəaliyyət göstərən Hudson Rock adlı şirkət sızdırılmış özəl məlumatlarla bağlı maraqlı bir hesabatı təqdim edib. Təqdim edilmiş hesabata əsasən 100 000-dən çox hacker müxtəlif dələduzların sxemlərindən zərər çəkiblər. Məlumatda qeyd edilib ki, zərər çəkmiş hackerlərin hackerlər üçün nəzərdə tutulmuş forumları ilə bağlı olan login və şifrələri açıq şəkildə internetdə yerləşdirilib.
        İT mütəxəssislər dələduzlar tərəfindən paylaşılmış müxtəlif məlumat bazalarını və zərərli proqram təminatı məlumatlarını müşahidə edərək hackerlər üçün nəzərdə tutulmuş 100-dən çox forumu analiz ediblər. Məlum olub ki, dələduzların sxemlərindən təkcə adi istifadəçilər deyil, həmçinin hackerlər də zərər çəkə bilirlər. Məlumatda qeyd edilib ki, oğurlanmış 57 000 istifadəçi hesabı kompüterlərin hack edilməsi üsullarının müzakirəsinə həsr edilmiş Nulled adlı hacker forumunun iştirakçılarına məxsus olub.
        İnternetə həmçinin buna bənzər digər forumların iştirakçılarının da hesabları sızdırılıb. Sızdırılmış hesabların ümumi sayı 120 000 təşkil edir. Sızdırılmış məlumatlar arasında elektron poçt ünvanları, istifadəçilərin özlərinin və kompüterlərinin adları, onların IP ünvanları və telefon nömrələri əks olunublar. Mütəxəssislər bildiriblər ki, bu cür forumlarda istifadə edilən şifrələr adətən adi saytlarda istifadə edilən şifrələrdən qat-qat etibarlı olurlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər