main-post-cover

    19 milyon kompüterə sızan dünyanın ən böyük botnet şəbəkəsi məhv edilib!

    Təhlükəsizlik
    30.05.2024
    Aslan Aslanov

         Dünyanın ən böyük botnet şəbəkəsi kimi tanınan 911 S5-in arxasında duran şəxs tutulub. Bildirilir ki, bu mürəkkəb şəbəkə sayəsində cinayətkar ən azı 99 milyon dollar gəlir əldə edib.

         ABŞ Ədliyyə Departamentinin rəhbərlik etdiyi beynəlxalq hüquq-mühafizə orqanı kiberhücumlar, irimiqyaslı fırıldaqçılıq, uşaq istismarı, təcavüz, bomba təhdidləri və ixrac pozuntuları törətmək üçün istifadə edilən dünyanın ən böyük botnet şəbəkəsini məhv edib. Əməliyyat çərçivəsində şəbəkənin arxasında duran şəxs kimi tanınan Çin vətəndaşı 35 yaşlı YunHe Wang həbs edilib.
         Verilən açıqlamalara görə, YunHe Wanq mayın 24-də zərərli proqramların yayılması və “911 S5" kimi tanınan proksi xidmətinin yaradılması və istismarı ilə bağlı ittihamlarla həbs edilib. Bu yüksək əhatəli botnet, 190-dan çox ölkəni əhatə edən yoluxmuş IP ünvanlarından ibarət idi və 2014-cü ildən başlayaraq 8 il ərzində aktiv olaraq çalışırdı. Digər açıqlamalara görə, Wang, yüzlərlə dollar müqabilində kibercinayətkarlara bu şəbəkəyə girişi təmin etməklə ən azı 99 milyon dollar qazanıb. Cinayətkarın bu pullarla dəbdəbəli avtomobillər, saatlar və daşınmaz əmlak aldığı müəyyən edilib. 911 S5 müştərisinin müəyyən pandemiya yardım proqramlarını hədəf aldığı iddia edilir. Əslində bu yolla 5.9 milyard dollardan çox vəsaitin oğurlandığı bildirilir.
         Həmçinin bildirilir ki, Wang, zərərli proqram təminatını MaskVPNDewVPN kimi VPN proqramları və lisenziyalı proqram təminatının pirat versiyaları da daxil olmaqla digər proqram faylları ilə birləşdirərək dünya üzrə 19 milyondan çox IP ünvanını yoluxdurub. FTB direktoru Christopher Wray, botnet-in görünməmiş miqyasını vurğulayaraq, onu "yəqin ki, dünyanın indiyə qədər tanıdığı ən böyük botnet" olaraq adlandırıb. ABŞ Ədliyyə Departamentinin bildirdiyinə görə, Wang, bank fırıldaqçılığı, kompüter fırıldaqçılığı və çirkli pulların yuyulması üçün sui-qəsd ittihamları da daxil olmaqla, bütün maddələr üzrə təqsirli bilinərsə, onu 65 ilə qədər həbs cəzası gözləyir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər