200 milyon Twitter istifadəçisinin məlumatları internetə sızdırılıb

200 milyon Twitter istifadəçisinin məlumatları internetə sızdırılıb

Kibertəhlükəsizlik
06.01.2023 PAYLAŞIM

    Keçən ayın sonunda kimliyi bilinməyən hacker 400 milyon Twitter istifadəçisinin konfidensial məlumatlarına shaib olduğunu xəbər vermişdi. Məlumatların internetə sızdırılmaması üçün hacker Twitter-dən 200 000$ dəyərində ödəniş tələb etmişdi. İndi isə Privacy Affairs şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri bildiriblər ki, 200 milyon Twitter istifadəçisinin məlumatlarını özündə birləşdirən məlumatlar bazası hacker saytlarından birində yerləşdirilib. Yerləşdirimiş məlumatlar bazasının analizi onu göstərib ki, o, keçən ayın sonunda qeyd edilmiş məlumatlar bazasının təmizlənmiş versiyasıdır.

    Belə ki, keçən ayın sonunda qeyd edilmiş məlumatlar arasında oxşar məlumatlar təmizlənərək yerdə qalanları hacker saytlarından birində yerləşdirilib. Görünür, ödəniş tələb etmiş hacker istədiyini əldə edə bilməyəndən sonra istifadəçilərin məlumatlarını internetə sızdırıb. Sızdırılmış məlumatlar bazasında istifadəçilərin şifrələri və ünvanları mövcud deyil. Lakin onların yerinə məlumatlar bazasında istifadəçilərin login, nickname, hesablarının yaradılma tarixləri, hesablarında olan abunəçilərin sayı və elektron poçt ünvanları yer alıblar.


    Bir tərəfdən bu məlumatlar vasitəsilə istifadəçi hesablarının birbaşa hack edilməsi mümkün deyil. Lakin digər tərəfdən həmin məlumatlar digər müxtəlif dələduzluq üsullarında istifadə edilə bilər. Məlumatda həmçinin qeyd edilib ki, 65 GB həcmə sahib məlumatlar bazasında adi istifadəçilər ilə yanaşı məşhur şəxslərin hesabları barəsində də məlumatlar mövcuddur. Güman edilir ki, sözügedən məlumatlar 2021-ci ildə sosial şəbəkə daxilindəki sistem boşluğu vasitəsilə oğurlanıb. Keçən il isə Twitter həmin sistem boşluğunu aradan qaldırıb.



DAHA ÇOX


Şimali Koreya hackerləri ilin əvvəlindən 200 milyon dollarlıq kriptovalyuta oğur..

TRM Labs. adlı şirkətin aparmış olduğu yeni tədqiqata əsasən Şimali Koreya ilə əlaqəli olan hackerlə..


Telegram-da zərərli resursların sayı 5 dəfə artıb

Bu il Telegram-da fişinq (phishing) resursların sayı 5 dəfə çoxalıb.


Google Play ilə Galaxy Store-da saxta Signal və Telegram tətbiqləri aşkar edilib..

Google Play Market-də və Samsung-un tətbiqlər mağazası olan Galaxy Store-da Signal və Telegram messe..


Tesla-nın 75 000-dən çox müştərisinin konfidensial məlumatları sızdırılıb..

Almaniyanın Handelsblatt adlı saytı hələ may ayında Tesla şirkətinə müraciət edərək bildirmişdi ki, ..


Yeni nəsil Android viruslar qeyri-adi şəkildə antiviruslardan gizlənə bilirlər..

Məlum olub ki, yeni nəsil zərərli proqram təminatları qeyri-standart və ya çox güclü şəkildə təkmill..


100 000-dən çox hacker dələduzluq sxemlərindən zərər çəkib

Kibertəhlükəsizlik üzrə müxtəlif həlləri təqdim etməklə fəaliyyət göstərən Hudson Rock adlı şirkət s..

×