main-post-cover

    25 yaşlı hacker Avstriyanın demək olar bütün vətəndaşlarının məlumatlarını oğurlayıb

    Təhlükəsizlik
    30.01.2023
    Farid Pardashunas
        Niderlanddan olan hacker keçən ilin noyabr ayında hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdi. Məsələ burasındadır ki, hacker Avstriyanın demək olar bütün vətəndaşlarının məlumatlarını oğurlamış və onları satışa çıxartmışdı. Hacker tərəfindən oğurlanmış məlumatlar arasında milyonlarla avstriyalının adları, yaşayış ünvanları və doğum tarixləri mövcud olub. Məlumatda qeyd edilib ki, məlumatları oğurlamış hacker onları 2020-ci ilin may ayında online forumlardan birində satmağa çalışıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılmış istintaq çərçivəsində onlar hackerin əldə etdikləri məlumatların həqiqəti əks etdirdiklərini təsdiqləyiblər.
        Məlumata əsasən nəticə etibarilə hacker Avstriyanın 9.1 milyon vətəndaşının məlumatlarını oğurlayıb. Həmin hacker həmçinin İtaliya, Niderland və Kolumbiya vətəndaşlarının da məlumatlarını oğurlamağa çalışıb. “Bu məlumatların internetdə açıq şəkildə mövcud olmalarını nəzərə alsaq, yüksək əminliklə güman etmək olar ki, bu qeydiyyat məlumatları qismən və ya tam şəkildə cinayətkarların əllərinə keçib” - deyə Avstriyanın hüquq-mühafizə orqanları qeyd ediblər. Məlumatda həmçinin bildirilib ki, oğurlanmış məlumatlar hackerin həbs olunmamasından öncə kimliyi bilinməyən şəxslərə satılıb. Hackerin özünə gəldikdə isə o, 25 yaşlı Amsterdam sakinidir. O, beynəlxalq hüquq-mühafizə orqanları tərəfindən tanınırdı və artıq Niderlandda istintaq altında idi. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər