500 milyon LinkedIn istifadəçisinin məlumatları internetə sızdırılıb
Təhlükəsizlik
08.04.2021
Emil Nəcəfov
Hackerlər üçün nəzərdə tutulmuş anonim forumda 500 milyon LinkedIn istifadəçisinin məlumatları ortaya çıxıb. LinkedIn təmsilçisi platformadan yığılmış məlumatlar bazasının mövcudluğunu təsdiqləyib. Bu barədə Business Insider saytı xəbər verib. “Hal hazırda biz bu problemi araşdırırıq. Lakin görünür, ortaya çıxmış məlumatlar bazası LinkedIn-də ictimaiyyətə açıq olan məlumatları özündə birləşdirir” - deyə LinkedIn təmsilçisi qeyd edib. Qeyd etmək lazımdır ki, LinkedIn-in fərdi məlumatlarına əsasən servis 740 milyon istifadəçi kütləsinə sahibdir. Bu isə o deməkdir ki, ortaya çıxmış məlumatlar bazası LinkedIn istifadəçilərinin 2/3 hissəsini əhatə edir.
Ortaya çıxmış bazada LinkedIn istifadəçilərinin ID-ləri, elektron poçt ünvanları, çalışdıqları yerlər barəsində məlumatlar, cinsləri və digər sosial şəbəkə hesablarında olan istifadəçi hesablarına keçid linkləri kimi məlumatlar yer alıblar. Hackerlər öz növbələrində bu məlumatlardan istifadə edərək əməkdaşlar barəsində məlumatların köməyi ilə şirkətlərə qarşı kiberhücmular reallaşdıra bilərlər. Bu cür kiberhücumlar isə pandemiya çərçivəsində əməkdaşların evdən çalışma rejiminə keçid etmələri səbəbilə uğurlu ola bilərlər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!